Üç Tac yaşayış kompleksində yerləşən kupçalı 3 otaqlı mənzil satışa təqdim olunur. Mənzilin çıxarışda göstərilən sahəsi 106 m² olsa da, faktiki istifadə sahəsi 126 m² təşkil edir. Tam təmirli olan mənzil geniş və işıqlı otaqları, funksional layihəsi və şəhərə açılan gözəl panoraması ilə seçilir.
Mənzildə 2 balkon, 2 sanitar qovşağı və əlavə saxlama otağı (kladovka) mövcuddur. Qaz, su və işıq daimidir. Mənzil bütün mebelləri ilə birlikdə satılır. Evdə keyfiyyətli Rumın mebelləri və quraşdırılmış mətbəx mebeli quraşdırılıb ki, bu da yeni sahibə əlavə xərc çəkmədən dərhal köçmək imkanı yaradır.
Binada 2 sərnişin və 1 yük lifti fəaliyyət göstərir, lift birbaşa yeraltı qaraja enir. Kompleksin ərazisində market, idman zalı, hovuz və 24 saat mühafizə xidməti mövcuddur. Həm rahat yaşayış, həm də sərfəli investisiya üçün ideal seçimdir.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz. QEYD: OFİS HAQQI 1%