Xətai rayonu, Əhmədli qəsəbəsi, Telnov küçəsində yerləşən 17 mərtəbəli yeni tikili binanın 4-cü mərtəbəsində 3 otaqlı mənzil satışa təqdim olunur.
Mənzilin ümumi sahəsi 114 kv.m-dir. Geniş və işıqlı otaqları, rahat layihəsi ilə ailə yaşayışı üçün ideal seçimdir. Mənzilin kupçası (çıxarışı) mövcuddur və ipoteka kreditinə tam yararlıdır.
Bina yaşayış üçün əlverişli ərazidə yerləşir. Yaxınlığında məktəb, uşaq bağçası, marketlər, apteklər və digər zəruri infrastruktur obyektləri mövcuddur.
Satış qiyməti: 275 000 AZN. Real alıcı ilə qiymətdə endirim nəzərdə tutulur.
Ofis haqqı: 1%