🇺🇸💎 MƏRDƏKANDA AMERİKAN MODERN ÜSLUBUNDA PREMİUM BAĞ EVİ 💎
Mərdəkan qəsəbəsində, Makaronnu adlanan prestijli ərazidə yerləşən, 6.2 sot torpaq sahəsində inşa olunmuş möhtəşəm bağ evi satışa təqdim olunur.
🏡 270 kv.m yaşayış sahəsinə malik olan bu villa xüsusi layihə əsasında Amerikan modern üslubunda inşa edilib və şəxsi istifadə üçün tikildiyinə görə tikintidə ən xırda detallara belə xüsusi diqqət yetirilib.
🏗️ Ev 3 qat beton, qalın armatur və yüksək keyfiyyətli inşaat materialları ilə inşa olunub. Tikintidə möhkəmlik, keyfiyyət və uzunömürlülük əsas prioritet olub.
✨ Evdə:
🛋️ Geniş və işıqlı zal
🍽️ Modern və funksional mətbəx
🛏️ 5 yataq otağı
🚿 4 sanitar qovşağı
📦 Təchizat otağı
🧺 Əlavə əşya saxlama otağı mövcuddur.
İnteryer premium və keyfiyyətli əşyalarla təchiz olunub, evin hər detalında zövq və komfort hiss olunur.
🌿 Həyətyanı sahəsi xüsusi landşaft dizaynı ilə abadlaşdırılıb:
🌳 Ağaclar:
🍎 Qızıl Əhməd alması
🍒 Öküz ürəyi gilas
🟢 Naxçıvan göyçəsi
🍑 Ərik və digər meyvə ağacları
🌲 Yaşlı şam ağacları, 33 ədəd dekorativ və həmişəyaşıl ağaclar, həmçinin çoxsaylı güllər mövcuddur. Həyətə daxil olan kimi sakitlik və premium bağ atmosferi hiss olunur.
🏠 Evin divarları ilə hasar arasında 2 metr ara məsafəsi saxlanılıb ki, bu da həm rahatlıq, həm də əlavə istifadə sahəsi yaradır.
📍 Əsas yola yaxın, rahat və prestijli lokasiyada yerləşir.
Bu villa həm daimi yaşayış, həm də yüksək səviyyəli bağ həyatı sevənlər üçün ideal seçimdir.