Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində, NVD binasının və Nazlı Şadlıq Sarayının yaxınlığında yerləşən yeni tikili 14 mərtəbəli binanın 4-cü mərtəbəsində ümumi sahəsi 64 kv.m olan 1 otaqdan 2 otağa düzəlmə, təmirli mənzil satılır.
Mənzildə qaz, su və işıq daimidir. İstilik sistemi kombidir. Sənədi çıxarışdır (kupça).
Bina infrastruktur baxımından əlverişli ərazidə yerləşir. Yaxınlığında məktəb, bağça, market və müxtəlif iaşə obyektləri mövcuddur. Neftçilər metrosuna piyada təxminən 15 dəqiqəlik məsafədədir. Bina 7/24 kamera nəzarəti ilə mühafizə olunur.
Əlavə məlumat üçün zəng edə bilərsiniz.
Şirkət haqqı alıcı tərəfindən 1% təşkil edir.